Google ekranı olmayan Fitbit Air fitness-bilərziyini təqdim etdi
Google yeni Fitbit Air fitness-bilərziyini təqdim edib. Ekransız dizayna sahib olan cihazın Whoop və Oura kimi məhsullara rəqib olacağı gözlənilir.
Fitbit Air kapsul formasında plastik korpusla hazırlanıb və xüsusi kəmərin içinə yerləşdirilir. Cihaz cəmi 12 qram çəkir və Google əsas diqqəti onun gecə-gündüz rahat istifadəsinə yönəldib.
Ekran olmadığı üçün bütün məlumatlar yalnız Google Health tətbiqində göstərilir. Tətbiq həm Android, həm də iOS üçün əlçatandır. Bilərzik 24/7 ürək ritmi monitorinqi, aritmiya bildirişləri, SpO2 ölçümü, istirahət zamanı nəbz, dəri temperaturu və yuxu mərhələlərinin izlənməsi funksiyalarını dəstəkləyir. Əlavə imkanlar üçün isə Google Health Premium abunəliyi tələb olunur.
Cihaz istifadəçi aktivliyini avtomatik izləyir, məşqləri isə smartfondan başlatmaq mümkündür. Batareya ömrü bir həftəyə qədərdir, sürətli şarj yığımı isə cəmi 5 dəqiqəyə bir günlük istifadə imkanı verir. Şarj maqnitli dok-stansiya vasitəsilə həyata keçirilir.
Fitbit Air Bluetooth 5.0 dəstəkləyir və 50 metrədək suya davamlıdır. Həmçinin enerji indikatoru və vibrasiya bildirişləri də mövcuddur. Qurğu Pixel Watch ilə birlikdə də istifadə oluna bilir.
Satışlar 26 may tarixində başlayacaq. Cihazın qiyməti 99 dollar olacaq. Kəmərlər isə parça və silikon variantlarda təqdim ediləcək və qiymətləri 34,99–49,99 dollar arasında dəyişəcək. Komplektə 3 aylıq Google Health Premium abunəliyi də daxildir.
The post Google ekranı olmayan Fitbit Air fitness-bilərziyini təqdim etdi appeared first on InfoCity.