Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 dünya çempionatının tarixi açıqlanıb
Bu gün FIFA Şurası Bürosunun iclası keçirilib. AFFA-dan verilən məlumata görə, iclasda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi "FIFA U-20 World Cup 2027™"nin tarixi rəsmən açıqlanıb. 20 yaşadək futbolçulardan ibarət komandalar arasında yarış 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq.