“20 Yanvar” dairəsində hərəkət dəyişəcək
Bakıda "20 Yanvar" metro stansiyasının yaxınlığından eyniadlı dairəyə doğru hərəkət edən avtobusların marşrutunda dəyişiklik edilməsi planlaşdırılır. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov İTV-də yayımlanan "Xəbərimiz var" verilişində məlumat verib.