Bakıya son 20 ildə yatırılan 200 milyard dollarlıq investisiya nəyi ifadə edir?
Son günlər müxtəlif sosial şəbəkələrdə son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılması barədə səsləndirilən fikirlər müzakirə olunur. Bu məqamın düzgün anlaşılması vacibdir. Söhbət Bakı şəhərinin büdcəsindən və ya dövlət büdcəsindən 200 milyard dollar vəsaitin xərclənməsindən getmir.