Avropa Komissiyasının Prezidenti Cənubi Qafqazda sülhün dəstəklənməsi üçün 20 milyon avroluq proqram elan edib
Avropa Komissiyası Cənubi Qafqazda sülhün dəstəklənməsi üçün 20 milyon avroluq yeni proqram elan edib. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı bildirib.