Şuşada 20-dən çox tarixi abidə bərpa olunub
Hazırda Şuşada 20-dən çox tarixi abidə bərpa olunub, digərlərində isə tikinti və bərpa işləri davam etdirilir. Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında Şuşa şəhəri muzeylərlə iş şöbəsinin baş mütəxəssisi Fəridə Məmmədova deyib. Onun sözlərinə görə, işğaldan əvvəl Şuşa şəhərində 300-ə yaxın tarixi abidə mövcud olub.