Prezident İlham Əliyev: Son 20 il ərzində Azərbaycanda yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır
Demək olar ki, son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.