Pulsuz paylanan şokoladdan 20 şagird zəhərləndi
Pulsuz şokoladdan 20 şagird zəhərlənib. Day.Az xəbər verir ki, Türkiyənin Kütahya şəhərindəki məktəblərin birinə həyətində pulsuz paylanan şokoladları yeyən 20 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, Şəhid Uzman Çavuş Hasan Kahraman Orta Məktəbinin həyətində satıcı şagirdlərə pulsuz şokolad paylayıb.