Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq ölüb
Bakının Binəqədi rayonunda bədbəxt hadisə ölümə səbəb olub. Day.Az xəbər verir ki, hadisə M. Rəsulzadə qəsəbəsinin İlham Hacıyev küçəsində qeydə alınıb. 1936-cı il təvəllüdlü Tofiq Bəşir oğlu Rüstəmov yaşadığı evdə turnikdə məşq edərkən yıxılıb. Ağır xəsarətlər alan yaşlı kişi təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb.