“Qobustan” GES-də tikinti işlərinin 90%-i tamamlanıb
100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasında (GES) tikinti işlərinin 90%-i başa çatıb. Day.Az xəbər verir ki, bunu WUF13 çərçivəsində Trend-ə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.