Gələn ay 10 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar ümumilikdə 10 gün işə getməyəcəklər. Day.Az xəbər verir ki, Milli.Az-ın məlumatına görə, dekabr ayında 5 şənbə və 4 bazar günü olmaqla, ümumilikdə 9 həftəsonu günü var. Bundan əlavə, dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur.