BMT Baş Assambleyasında Yeni Şəhər Gündəliyinin 10 illiyinə həsr olunan yüksəksəviyyəli iclas keçiriləcək
İyulun 16-17-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin 10 illik nəticələrinə həsr olunan BMT Baş Assambleyasının yüksəksəviyyəli iclası keçiriləcək. Day.Az xəbər verir ki, bu barədə məlumatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yayıb.