10 aptekdə nöqsanlar aşkarlandı
İyun ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ümumilikdə 56 planlı və 12 plandankənar olmaqla 68 aptekdə yoxlama aparıb. Day.Az xəbər verir ki, bu barədə AEM məlumat yayıb. Yoxlamalardan 58-i Bakı şəhərində, 10-u isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.