Bəzi rayonlarda diametri 10-15 mm olan dolu düşüb
Mayın 13-ü saat 18:00-a olan faktiki hava açıqlanıb. Day.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 13-ü saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.