Avropa Parlamenti 10 il əvvəlki təcrübədən dərs çıxarmadığı üçün indi ikinci dərsə ehtiyac var
Son günlər Azərbaycan ilə Avropa Parlamenti arasında münasibətlərdə növbəti gərginlik mərhələsi yaşanır. Aprelin 30-da qəbul edilən qətnamə, ardınca Azərbaycanın kəskin reaksiyası və 1 may tarixində atılan siyasi addımlar bir daha göstərdi ki, tərəflər arasında mövcud olan fikir ayrılıqları epizodik deyil, sistemli xarakter daşıyır.