"Volkswagen" və "Audi" 2 milyondan çox avtomobili geri çağırır
Almaniyanın avtomobil nəhəngi "Volkswagen" (VW) və onun törəmə şirkəti "Audi" sükan idarəetmə mexanizmindəki nasazlıq səbəbindən dünya üzrə 2,1 milyondan çox avtomobili geri çağırır. Bu barədə "ÜmumAlmaniya Avtomobil Klubu" (ADAC) məlumat yayıb. Ən pis halda nasazlıq sükan idarəetməsinin sıradan çıxmasına səbəb ola bilər.