“Porsche” və “Audi” qarşıdakı illərdə iş yerlərini ixtisar edəcək
Almaniyanın nəhəng avtomobil istehsalçıları "Porsche" və "Audi" artan iqtisadi çətinliklər fonunda yeni qənaət proqramlarını açıqlayıblar. AZƏRTAC "Tagesschau" xəbər xidmətinə istinadla bildirir ki, "Porsche" şirkəti "Gələcək paketi" çərçivəsində yaxın illərdə daha 5 min iş yerini ixtisar etməyi planlaşdırır.