“Apple” yenidən dünyanın ən bahalı şirkəti olub
ABŞ-nin "Apple" korporasiyası bazar kapitallaşmasına görə "Nvidia" şirkətini geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti olub. Nasdaq birjasında "Apple" səhmləri 1,17 faiz bahalaşaraq 336,91 dollara yüksəlib. Eyni vaxtda "Nvidia"nın səhmləri 4,99 faiz ucuzlaşaraq 196,51 dollara düşüb.