Apple ABŞ bazarında rekord göstəriciyə çatdı
ABŞ smartfon bazarı artıq uzun illərdir Apple-in nəzarəti altındadır, lakin Counterpoint analitik şirkətinin son hesabatına görə, ötən rübdə Kupertinodan olan nəhəng öz rekordunu da yeniləyib.
Belə ki, Apple-in ABŞ bazarındakı payı bir il ərzində 65%-dən 69%-ə yüksəlib. Bu, şirkətin indiyə qədər ölkədə əldə etdiyi ən yüksək göstəricidir. Samsung üçün isə vəziyyət tam əksinə olub: koreyalı istehsalçının bazar payı 18%-dən 13%-ə düşüb. Digər bütün brendlər isə birlikdə 18% paya sahibdir (ötən il bu göstərici 17% idi).
Rəqəmlər sadə mənzərə yaradır: əvvəl Apple və Samsung-dan kənar brendləri seçən alıcılar əvvəlki seçimlərinə sadiq qalıblar. Amma Samsung istifadəçilərinin əhəmiyyətli hissəsi iPhone-a keçib. Əlbəttə, real bazar davranışı daha mürəkkəb ola bilər, lakin statistika məhz bu tendensiyanı göstərir.
Qeyd edək ki, iPhone 17 seriyası son dərəcə böyük tələbatla qarşılanıb və bir sıra bazarlarda satış rekordları qırıb. Məhz bu seriya Apple-ə uzun illərdən sonra ilk dəfə olaraq ilin yekunlarına görə qlobal smartfon bazarında liderliyi ələ keçirməyə imkan verib. Bununla yanaşı, şirkət cəmi bir rüb ərzində rekord həcmdə — 144 milyard dollar gəlir əldə edib.
The post Apple ABŞ bazarında rekord göstəriciyə çatdı appeared first on InfoCity.