AnTuTu aprel ayının ən güclü Android smartfonlarını açıqladı
AnTuTu ən məhsuldar Android smartfonlarının aprel reytinqini təqdim edib. Siyahıda demək olar ki, bütün modellər Snapdragon 8 Elite Gen 5 prosessoru ilə təchiz olunub — yalnız bir istisna var.
Reytinqin zirvəsində iQOO 15 Ultra qərarlaşıb — cihaz 4 126 940 xal toplayıb. İkinci yeri iQOO 15 (4 102 621 xal), üçüncü yeri isə Red Magic 11 Pro+ (4 098 742 xal) tutub.
Dördüncü pillədə realme GT8 Pro (3 968 443), beşinci yerdə isə OPPO Find X9 Ultra (3 941 792) qərarlaşıb.
Siyahıda MediaTek Dimensity 9500 çipi ilə təchiz olunan yeganə model OnePlus Ace 6 Ultra olub — o, 3 938 102 xal toplayaraq altıncı yeri tutub.
Daha aşağı pillələrdə isə Honor Magic8 Pro (3 810 592) və onun baza versiyası (3 808 833) yer alıb. Siyahını vivo X300 Ultra (3 797 824) və OnePlus 15T tamamlayır.
Beləliklə, aprel ayında performans yarışında əsas söz yenə də Snapdragon çiplərinə məxsus olub.
The post AnTuTu aprel ayının ən güclü Android smartfonlarını açıqladı appeared first on InfoCity.