Bərdədə ailə faciəsi: 18 yaşlı qadın öldü, əri xəstəxanadadır
Bərdə rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. Day.Az xəbər verir ki, hadisə rayonun Əliyanlı kəndində qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü Kənan İmaməliyev və həyat yoldaşı, 2008-ci il təvəllüdlü Pərvanə Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hər iki şəxs xəstəxanaya çatdırılıb.