Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 7 mindən artıq sakinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edən Sərhədabad-Əliabad-Zəhmətabad-Soltankənd avtomobil yolunda tikinti işləri davam edir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.