Aİ-nin 18 ölkəsi sərhədlərdə miqrant axınının qarşısının alınması planını razılaşdırıb
Avropa İttifaqının (Aİ) 18 ölkəsinin daxili işlər nazirləri Münhendə Aİ-nin sərhədlərində qeyri-qanuni miqrasiyanın kəskin artmasının qarşısının alınması üzrə birgə fəaliyyət planını razılaşdırıblar. Bu barədə "Bild" qəzeti məlumat yayıb.