18 yaşlı azərbaycanlı İsveç siyasətində
İsveçin Gevle şəhərində keçiriləcək bələdiyyə seçkilərində ən yaşlı və ən gənc namizəd diqqət çəkib. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Yaşıllar" Partiyasının 95 yaşlı nümayəndəsi Ken Kubulenso və "Mötədillər"dən namizəd olan 18 yaşlı Rihad Ələkbərov Gevle bələdiyyə şurasına seçilmək üçün mübarizə aparır".