Şükürbəyli və Horovluda daha 18 ailəyə evlərinin açarları təqdim olunub
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə növbəti köç karvanı yola salınıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu mərhələdə sözügedən kəndlərə ümumilikdə 18 ailə, 98 nəfər köçürülür.