Goranboyda evdən 18 yaşlı qızın meyiti tapılıb
Goranboyda evdən meyit tapılıb. Day.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Sarov kəndində qeydə alınıb. Belə ki, rayon sakini 2008-ci il təvəllüdlü Z. Qurbanovanın meyiti yaşadığı evdə aşkarlanıb. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün səbəbləri hələlik məlum deyil.