Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 18 dəfədən çox üstələyir
Bu ilin aprelin 1-i tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları 85,2 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 18,2 dəfə üstələyir. Day.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.