Prezident İlham Əliyev: Valyuta və qızıl ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələyir
Xarici borcun azaldılması planının yerinə yetirildiyini düşünürəm. Xarici borcumuz ÜDM-in 6,1 faizinə bərabərdir. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı bildirib.